Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Hazırda oxunan: Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

619247

Türkiyədə, bundan sonra “Ankara Hava Limanı” kimi adlandırılacaq və mülki uçuşlara da xidmət göstərəcək “Etimesgut” hərbi hava limanında əsaslı modernləşdirmə işləri başa çatdırılıb.

Bizim.Media  xəbər verir ki, ANK kodu ilə hava limanının rəsmi açılışı iyunun 15-də Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutacağı planlaşdırılıb.

“Ankara Hava Limanı” həm daxili, həm də beynəlxalq uçuşları həyata keçirəcək ki, bu da beynəlxalq tədbirlər və protokol proqramları zamanı yarana biləcək yükün “Esenboğa” Hava Limanına paylanmasına kömək edəcək.

Yeni hava limanının iyul ayında Ankarada keçiriləcək NATO sammiti zamanı da istifadə edilməsi planlaşdırılır.

Türkiyə hakimiyyət orqanlarının məlumatına görə, “Etimesgut” Hava Limanının modernləşdirilməsi layihəsi səkkiz aya başa çatıb, bütün sistemlər və uçuş-enmə zolağı isə beynəlxalq standartlara uyğunlaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO