Xalq artisti Flora Kərimovanın səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə musavat.com-a sənətkarın köməkçisi Yaqut İmanova məlumat verib.
O bildirib ki, hazırda müğənninin vəziyyəti yaxşıdır:
“Qızı Londondan gəlib, xəstəxanada onun yanındadır. Səhhətində hər hansı narahatlıq yoxdur”.
Y. İmanovanın sözlərinə görə, Xalq artistinin sabah xəstəxanadan evə buraxılması gözlənilir.
Qeyd edək ki, Flora Kərimova bir neçə gündür xəstəxanada müalicə alır. Onun müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.
Köməkçisinin sözlərinə görə, sənətkarın ürək və beyinlə bağlı sağlamlıq problemləri mövcuddur.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
17:00 / 14.06.2026
Flora Kərimovanın SON DURUMU
Hazırda oxunan: Flora Kərimovanın SON DURUMU
Hazırda oxunan: Flora Kərimovanın SON DURUMU
619254
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































