Hindistanın hərbi təyyarəsi qəzaya uğradı: Ölənlər var - ANBAAN VİDEO

Hindistanın hərbi təyyarəsi qəzaya uğradı: Ölənlər var - ANBAAN VİDEO

Hazırda oxunan: Hindistanın hərbi təyyarəsi qəzaya uğradı: Ölənlər var - ANBAAN VİDEO

619262

Hindistan Hərbi Hava Qüvvələrinin (IAF) idarəçiliyində olan "An-32" tipli hərbi-nəqliyyat təyyarəsi ölkənin şimal-şərqində yerləşən "Corhat" (Jorhat) aviasiya bazasında eniş edərkən dəhşətli qəzaya uğrayıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ciddi tələfat qeydə alınıb.

İlkin məlumatlara görə, qəza nəticəsində təyyarənin göyərtəsində olan 5 yüksək rütbəli hərbi qulluqçu, o cümlədən ekipaj komandiri hadisə yerindəcə dünyasını dəyişib.

Təyyarənin ikinci pilotu isə ağır bədən xəsarətləri ilə möcüzəvi şəkildə sağ qalıb. O, dərhal yaxınlıqdakı hərbi qospitala təxliyə edilib. Həkimlər yaralı pilotun vəziyyətini ağır olaraq qiymətləndirirlər.
 

Hadisənin başvermə səbəblərini öyrənmək üçün Hindistan Müdafiə Nazirliyi tərəfindən xüsusi təhqiqat komissiyası yaradılıb. Texniki nasazlıq və ya əlverişsiz hava şəraiti variantları əsas versiyalar kimi nəzərdən keçirilir.


Qeyd edək ki, "Corhat" aviasiya bazası Hindistanın Assam ştatında yerləşir və regiondakı mühüm strateji hərbi obyektlərdən biri hesab olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO