İspaniyanın keçmiş baş naziri Xose Luis Rodrigez Sapatero vergi qanunvericiliyinin pozulması və qaçaqmalçılıq şübhəsi ilə istintaqa cəlb olunub.
Bizim.Media xəbər verir ki, bu barədə İspaniyanın Milli Məhkəmə Kollegiyası məlumat yayıb.
Məlumata görə, hakim Xose Luis kalama aviaşirkət Plus Ultra ilə bağlı iş çərçivəsində keçmiş baş nazirə dair ayrıca araşdırma başlanmasına qərar verib.
İstintaqın səbəbi mayın 19-da Sapateronun ofisində keçirilən axtarış zamanı aşkar edilmiş və dəyərinin 1,3 milyon avronu keçə biləcəyi ehtimal olunan zinət əşyalarıdır. Hüquq-mühafizə orqanları həmin əşyaların mənşəyinin hələlik müəyyən edilmədiyini bildiriblər.
Xatırladaq ki, mayın 19-da keçmiş hökumət başçısının ofisində axtarış aparılıb və seyfdən müxtəlif qiymətli zinət əşyaları götürülüb.
Sapatero iyunun 17 və 18-də məhkəmədə ifadə vermək üçün çağırılıb. O, vəzifə əlaqələrindən sui-istifadə və digər mümkün qanun pozuntularında şübhəli bilinir.
Araşdırma İspaniya hökumətinin pandemiya dövründə Plus Ultra şirkətinə ayırdığı 53 milyon avro həcmində maliyyə yardımının mümkün qanunsuz istifadəsi ilə bağlıdır.
Bizim.Media

































































































