Xəbər verildiyi kimi, Bakının Ramana qəsəbəsində Şəki sakini keçmiş həyat yoldaşını və qayınanasını qətlə yetirib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə iyunun 14-də gecə saatlarında Ramana qəsəbəsində baş verib.
Belə ki, Şəkinin Cəfərabad kənd sakini 35 yaşlı Vüsal Lütfəliyev keçmiş həyat yoldaşı Xəyaləni və onun anası İradə adlı qadını qətlə yetirib.
Hadisədən sonra V. Lütfəliyev özünü öldürüb.
Məlumata görə, Xəyalə və İradə Böyük Dəhnə kəndində, Vüsal Lütfəliyev isə Cəfərabad kəndində dəfn olunacaq. Verilən məlumata əsasən həmin şəxslər nigahdan kənar birlikdə yaşayırmışlar.
Böyük Dəhnə kənd icra nümayəndəliyindən bildilib ki, İradə adlı qadın əslən Beyləqan rayonundandır və bir müddət burada yaşamalarına baxmayaraq, onların kənddə nə evi, nə də qeydiyyatı yoxdur.
Faktla bağlı araşdırma aparılır.



Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu































































































