Flora Kərimovanın son durumu AÇIQLANDI

Flora Kərimovanın son durumu AÇIQLANDI

Hazırda oxunan: Flora Kərimovanın son durumu AÇIQLANDI
619337
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib.

Bizim.Media xəbər verir ki, sənətkarın köməkçisi Yaqut İmanovanın “qafqazinfo.az”a verdiyi məlumata görə, hazırda onun müalicə prosesi davam edir və evə buraxılacağı tarix hələ dəqiqləşməyib.
 

“Dərmanlar verilir, aparatlardan keçirilir, müayinələr edilir. Yəqin ki, 10 günə evə buraxılacaq. Bunu nə mən, nə də həkimləri dəqiq deyə bilmərik”, - Xalq artistinin köməkçisi deyib.


O qeyd edib ki, ustad sənətkarın iyunun 20-si Yaşıl Teatrda baş tutacaq bir ifalıq çıxışı sentyabra təxirə salınıb.

Qeyd edək ki, 84 yaşlı Xalq artisti Flora Kərimovanın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Eyni zamanda, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da xalq artistinə baş çəkib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO