Qızılın qiyməti yüksəlir: Bazarlarda son vəziyyət - VİDEO

Qızılın qiyməti yüksəlir: Bazarlarda son vəziyyət - VİDEO

Hazırda oxunan: Qızılın qiyməti yüksəlir: Bazarlarda son vəziyyət - VİDEO

619240

Dünya bazarında qızıl və gümüşün qiymətlərində artım müşahidə olunur.

Bəs bu proses Azərbaycanın qızıl bazarına necə təsir edir?

Bizim.Media xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ölkədə qızıl məmulatlarının qiymətləri əsasən idxal xərcləri, emal prosesi, ticarət obyektlərinin maya dəyəri və satış strategiyalarından asılı olaraq formalaşır.

Ekspert Rövşən Əmircanov bildirib ki, daxili bazarda qiymətlərin yüksəlməsi istehlakçı davranışlarında müəyyən dəyişikliklərə səbəb olur:

"Belə şəraitdə alıcılar daha aşağıçəkili, gündəlik istifadə üçün nəzərdə tutulan və nisbətən əlçatan qiymət seqmentinə aid məmulatlara üstünlük verirlər. İriçəkili, investisiya məqsədli və mərasim xarakterli məhsulların alınmasında isə daha ehtiyatlı qərarlar verilir".

Mövzu ilə bağlı daha ətraflı məlumatı Azərbaycan Televiziyasına (AzTV) istinadən təqdim edirik:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO