Vinisius ispanca müsahibə verməkdən imtina etdi - VİDEO

Vinisius ispanca müsahibə verməkdən imtina etdi - VİDEO

Hazırda oxunan: Vinisius ispanca müsahibə verməkdən imtina etdi - VİDEO

619297

Braziliya millisinin və "Real Madrid"in hücumçusu Vinisius Junior 2026-cı il dünya çempionatının qrup mərhələsində Mərakeş yığmasına qarşı keçirilən və 1:1 hesabı ilə başa çatan oyundan sonra ispan dilində müsahibə verməkdən imtina edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Sport Express" nəşri məlumat yayıb.

Venesuelalı jurnalist 25 yaşlı futbolçudan ispan dilində danışmasını xahiş edib.

"Mən Braziliyadanam, ona görə də portuqal dilində danışacağam", - deyə Vinisius cavab verib.
 

Qeyd edək ki, braziliyalı hücumçu Mərakeş millisi ilə qarşılaşmada qol vurub və matçın ən yaxşı oyunçusu seçilib.


Braziliya millisi bir xalla DÇ-2026-nın C qrupunda turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Komanda növbəti oyununu iyunun 20-də Haiti yığmasına qarşı keçirəcək. (Oxu.Az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO