Türkiyədə Qara dəniz sahilində döyüş dronu tapıldı

Türkiyədə Qara dəniz sahilində döyüş dronu tapıldı

Hazırda oxunan: Türkiyədə Qara dəniz sahilində döyüş dronu tapıldı
619310
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Qara dəniz sahilində, Bartın və Kastamonu əyalətlərinin sərhədində yerləşən Kapısuyu çimərliyində sursatla təchiz olunmuş döyüş təyinatlı pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, hadisə barədə ilk məlumatı İhlas Xəbər Agentliyi (İHA) yayıb.

Çimərlik təxliyə edilib

Sahildə hərbi dronun olduğunu görən vətəndaşlar dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər. Hadisə yerinə gələn jandarma qüvvələri təhlükəsizlik tədbirləri çərçivəsində çimərlikdəki insanları təxliyə edib və ərazini tamamilə mühasirəyə alıb. Dronun üzərində partlayıcı maddələrin olduğu müəyyən edildiyi üçün əraziyə xüsusi istehkamçı qrupları cəlb olunub. Sursatların nəzarətli şəkildə zərərsizləşdirilməsi planlaşdırılır.

Dronun mənsubiyyəti hələlik məlum deyil
 

Tapılan PUA-nın hansı ölkəyə məxsus olduğu hələlik rəsmən müəyyən edilməyib. Bununla belə, hərbi ekspertlər dəniz dalğaları vasitəsilə sahilə vurmuş bu aparatın Rusiya-Ukrayna müharibəsində istifadə olunan və Qara dəniz üzərində idarəetməni itirərək qəzaya uğrayan döyüş sistemlərindən biri olduğunu ehtimal edirlər.


Qeyd edək ki, bu, son aylarda Türkiyənin Qara dəniz sahillərində hərbi dronların və ya onların qalıqlarının tapılması ilə bağlı qeydə alınan ilk hadisə deyil. Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO