Qətərin qolu səbəbindən 15 milyonunu itirdi

Qətərin qolu səbəbindən 15 milyonunu itirdi

Hazırda oxunan: Qətərin qolu səbəbindən 15 milyonunu itirdi

619325

Bir mərc oyunçusu 2026-cı il dünya çempionatının ilk turu çərçivəsində keçirilən Qətər-İsveçrə matçının nəticəsinə görə 15 milyon rublunu itirib.

Bizim.Media xəbər verir ki, bu barədə "Reytinq Bukmekerov" məlumat yayıb.

Bildirilib ki, oyunçu bütün məbləği 1,20 əmsalı ilə mütləq favorit sayılan İsveçrə yığmasının qələbəsinə qoyub. Lakin görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.

Avropa komandasının hücumçusu Breel Embolo 17-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı açıb. İkinci hissəyə əlavə olunmuş dördüncü dəqiqədə isə Qətər yığmasının müdafiəçisi Bualem Huhi heç-heçəni rəsmiləşdirib.

Bununla da, B qrupunun turnir cədvəlində hər dörd komanda bir xal toplayıb. Bosniya və Herseqovina ilə Kanada yığmaları isə iyunun 12-də heç-heçə oynamışdılar. (ölkə.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO