Halı pisləşən uşaq niyə müayinə edilməyib? - VİDEO

Halı pisləşən uşaq niyə müayinə edilməyib? - VİDEO

Hazırda oxunan: Halı pisləşən uşaq niyə müayinə edilməyib? - VİDEO

619303

Ağcaqanad dişləməsindən sonra səhhətində problem yaranan və buna görə Kliniki Tibbi Mərkəzə aparılan azyaşlının müayinəsi zamanı qalmaqal yaranıb.

Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri uşağın valideyni sosial şəbəkələrdə paylaşıb.

Onun sözlərinə görə, uşağın vəziyyətində halsızlıq və hərarət müşahidə olunsa da, həkimlər arasında fikir ayrılığı və mübahisə yaşanıb.

İddia edilir ki, azyaşlıya lazımi tibbi yardım göstərilməyib və o, ətraflı müayinə olunmadan evə göndərilib.

Məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzdən bildirilib ki, 6 iyun 2026-cı il tarixində saat 00:20-də 2016 və 2021-ci il təvəllüdlü iki azyaşlı ilə bağlı Təcili tibbi yardım şöbəsinə müraciət qeydə alınıb.
 

Həkim tərəfindən aparılan müayinə zamanı pasiyentlərin toksikoloq tərəfindən konsultasiya edilməsi tövsiyə olunub. Konsultasiya zamanı həkim-cərrah və həkim-toksikoloq arasında xidməti fəaliyyətlə bağlı anlaşılmazlıq yaranıb və mühafizə xidməti yüksək səslə danışıq səbəbindən müdaxilə edib.


Yaranmış vəziyyət tibb müəssisəsinin rəhbərliyi tərəfindən araşdırılıb və hər iki həkimə ciddi xəbərdarlıq edilib.

Ətraflı “Baku TV”nin süjetində:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO