Tramp: "İranla sazişdən dərhal sonra limanların blokadasını ləğv edəcəyəm"

Tramp: "İranla sazişdən dərhal sonra limanların blokadasını ləğv edəcəyəm"

Hazırda oxunan: Tramp: "İranla sazişdən dərhal sonra limanların blokadasını ləğv edəcəyəm"

619307

ABŞ ilə İran arasında regional sülhün təmin olunmasına yönəlmiş tarixi müqavilə ilə bağlı proses sürətlə davam edir. ABŞ Prezidenti Donald Tramp rəsmi Tehranla imzalanacaq sazişin formata və növbəti addımlara dair mühüm bəyanatlar verib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri sənədin ilkin mərhələdə onlayn qaydada imzalanacağını təsdiqləyib.

"Bir həftədən sonra Avropada təkbətək görüş olacaq"

Prezident bildirib ki, bugünkü imzalama prosesi distant (onlayn) formatda baş tutsa da, bu, prosesin yekunu deyil:

"İranla sazişin bugünkü imzalanması onlayn formatda reallaşacaq. Lakin artıq bir həftə sonra Avropada tərəflərin şəxsən iştirakı ilə rəsmi və genişmiqyaslı imzalama mərasiminin keçirilməsi gözlənilir".

İrana qarşı dəniz blokadası götürülür

Tramp saziş qüvvəyə mindikdən dərhal sonra Vaşinqtonun atacağı ilk praktiki addımı da elan edib. O, İran iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən bəzi məhdudiyyətlərin dərhal aradan qaldırılacağını vurğulayıb:

"İranla saziş imzalandıqdan dərhal sonra mən şəxsən göstəriş verəcəyəm ki, İran limanları üzərindəki blokada tamamilə ləğv edilsin".

Netanyahuya sərt təpki: "Bibidə sağlam düşüncə yoxdur"

ABŞ Prezidenti çıxışı zamanı İsrailin Baş naziri Benyamin Netanyahunun Livanın paytaxtı Beyruta endirdiyi son hərbi zərbələrlə bağlı tənqidlərini daha da kəskinləşdirib. Tramp İsrail rəhbərliyinin diplomatik prosesə mane olan addımlarından ciddi şəkildə narahat olduğunu gizlətməyib:
 

"Bibidə (Benyamin Netanyahu) zərrə qədər də sağlam düşüncə yoxdur. Mən onların Beyrutdakı son hücumundan və bu cür təcavüzkar hərəkətlərindən son dərəcə narazıyam".


Siyasi analitiklər hesab edirlər ki, Trampın limanların blokadasını açmaq vədi Vaşinqtonun İrana qarşı iqtisadi təzyiqləri azaltmağa və regionda yeni geosiyasi balans yaratmağa hazır olduğunun ən ciddi göstəricisidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO