Samarada yaşayış binasında güclü partlayış: Sakinlər təxliyə edildi - VİDEO

Samarada yaşayış binasında güclü partlayış: Sakinlər təxliyə edildi - VİDEO

Hazırda oxunan: Samarada yaşayış binasında güclü partlayış: Sakinlər təxliyə edildi - VİDEO

619313

Rusiyanın Samara şəhərində çoxmərtəbəli yaşayış binasında dəhşətli partlayış və yanğın hadisəsi qeydə alınıb. Hadisə 22-ci Partqurultayı küçəsində yerləşən binaların birində baş verib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, güclü partlayış səsi ətraf rayonlardan da eşidilib və hadisə yerindən bir neçə kilometr məsafədən görünən böyük tüstü dumanı ucalıb.

İlkin məlumatlara görə, yanğın əvvəlcə binanın birinci mərtəbəsində yerləşən mağazada başlayıb.

Qısa müddətdə alov sürətlə yayılaraq ikinci mərtəbədəki yaşayış mənzillərinə keçib. Yanğının mənzillərə bürüməsi nəticəsində oradakı qaz balonu güclü təzyiqlə partlayıb və bu, yanğının miqyasını daha da genişləndirib.
 

Hadisə yerinə dərhal Rusiya Fövqəladə Hallar Nazirliyinin (MÇS) yanğınsöndürmə briqadaları və xilasediciləri cəlb olunub. Yanğının söndürülməsinə 68 nəfərlik şəxsi heyət və 19 xüsusi texnika yönəldilib. Xilasedicilər binada sıxışıb qalan sakinləri xüsusi nərdivanlar vasitəsilə təhlükəsiz şəkildə təxliyə ediblər.


Fövqəladə hallar xidmətinin son məlumatına görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir və hadisənin başvermə səbəbləri araşdırılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO