Rusiya Qara Dəniz Donanmasının komandanlığı Krımı tərk etməyə hazırlaşır

Rusiya Qara Dəniz Donanmasının komandanlığı Krımı tərk etməyə hazırlaşır

Hazırda oxunan: Rusiya Qara Dəniz Donanmasının komandanlığı Krımı tərk etməyə hazırlaşır
619275
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Krım yarımadasında yerləşən Rusiya hərbi obyektlərinə endirilən ardıcıl zərbələr Rusiya hərbi dəniz qüvvələrinin rəhbərliyində ciddi təşvişə səbəb olub. Yarımadada fəaliyyət göstərən "ATEŞ" partizan hərəkatının yaydığı məlumata görə, Rusiya Qara Dəniz Donanmasının komandanlığı artıq Krımı tərk etmək üçün hazırlıqlara başlayıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, donanmanın qərargahında idarəetmə orqanlarının qalıqlarının Sevastopoldan Novorossiysk şəhərinə köçürülməsi planları aktiv şəkildə müzakirə olunur.

Rəsmi əmr gözləmədən ailələrini çıxarırlar

Partizanların mənbələrinə görə, Ukrayna ordusunun Krımdakı strateji hərbi nöqtələrə, logistika və təchizat xətlərinə vurduğu ağır zərbələrdən sonra vəziyyət kəskin pisləşib. Donanmanın bir qrup zabit heyəti rəsmi rəhbərliyin əmrini gözləmədən öz ailələrini və şəxsi əmlaklarını yarımadadan çıxarmağa başlayıblar.

Komandanlıqda məyusluq hökm sürür

Məlumatda o da vurğulanır ki, hazırda Rusiya donanmasının yüksək rütbəli komandanlığı daxilində əhval-ruhiyyə olduqca bədbindir. Uzun illər boyu Krımın "həmişəlik Rusiya" olacağı barədə səsləndirilən rəsmi bəyanatlara baxmayaraq, mövcud hərbi reallıqlar Rusiyanın yarımadadakı dəniz qüvvələrini geri çəkilməyə məcbur edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO