Dövlətçilik tariximizin şanlı salnaməsi
Azərbaycanın üç il öncə sentyabrın 19-20-də həyata keçirdiyi antiterror əməliyyatı ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə yekunlaşdı. Bununla da Cənubi Qafqazda hazırda mövcud olan sülh üçün əsaslı zəmin yarandı.
Bu gün üçrəngli müqəddəs Bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır. Bu reallıq Azərbaycanın minlərlə qəhrəman övladının canı, qanı bahasına əldə edilib. 2020-ci ildə 30 illik işğala 44 gün ərzində son qoyan Vətən müharibəsi, 2023-cü ildə isə 100 illik separatizm ocağını cəmi 23 saata darmad...