Paşinyan avtomobildə musiqi dinləyib kameraya ürək göstərdiyi video yayımlayıb

Paşinyan avtomobildə musiqi dinləyib kameraya ürək göstərdiyi video yayımlayıb

Hazırda oxunan: Paşinyan avtomobildə musiqi dinləyib kameraya ürək göstərdiyi video yayımlayıb
637620
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədə növbəti özünəməxsus videosunu yayımlayıb.

Bizim.Media xəbər verir ki, görüntülərdə Paşinyan avtomobildə yol gedir.

Yanında portativ səsucaldıcı asılıb, fonda isə musiqi səslənir. Baş nazir kameranı da unutmayaraq əvvəlcə musiqinin ritminə uyğun hərəkətlər edir, sonda isə çox sevdiyi jestini təkrarlayaraq əlləri ilə ürək işarəsi göstərir.

Görünür, Paşinyanın keçmiş qəzetçi kimliyi onu rahat buraxmır. Hara gedir, nə edir — mütləq ya özü çəkir, ya özünü çəkdirir, sonra da görüntüləri sosial şəbəkə izləyiciləri ilə bölüşür.

Ermənistanın Baş naziri siyasi fəaliyyətlə sosial media şousu arasındakı sərhədi çoxdan aradan qaldırıb. Bəzən velosiped sürür, bəzən səhər tezdən küçələrdə gəzir, bəzən də avtomobildə musiqiyə qulaq asaraq kameraya ürək göndərir. Paşinyanın qeyri-adi sosial media “yaradıcılığından” növbəti nümunəni təqdim edirik. (Musavat.com)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO