Yamal: “Real”ı izləyirəm, həmişə məğlub olmalarını istəyirəm

Yamal: “Real”ı izləyirəm, həmişə məğlub olmalarını istəyirəm

Hazırda oxunan: Yamal: “Real”ı izləyirəm, həmişə məğlub olmalarını istəyirəm

637612

"Barselona"nın hücumçusu Lamin Yamal Avropanın hansı klublarını izlədiyini açıqlayıb.

Bizim.Media “championat.com”a istinadla xəbər verir ki, Yamal etiraf edib ki, “Real”ı izləyir. 

“Real”ı izləyirəm. Amma “Real” məsələsində həmişə onların məğlub olmalarını istəyirəm. 

PSJ? Onları Çempionlar Liqasında izləyirəm, çünki rəqibi necə sıxdıqlarını və üstünlük təşkil etdiklərini seyr etməyi xoşlayıram.

Hərçənd, əgər rəqib Çempionlar Liqasında oynayırsa, deməli, bu, həqiqətən də çox yaxşı komandadır.

"Bavariya"ya gəlincə, onları izləməyi sevmirəm, çünki Almaniya çempionatında tam dominantlıq etdiklərini bilirəm. Onları hətta Çempionlar Liqasının ümumi mərhələsində də izləmirəm, çünki məndə elə bir təəssürat var ki, onlar həmişə və hər yerdə dominantlıq edirlər. PSJ-nin "Bavariya" ilə matçı isə inanılmaz idi”, – deyə Yamalın sözlərini "Movistar" sitat gətirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO