Bankların KREDİT MÜƏMMASI – 18 yaşı yetkinlik saymırlar?

Bankların KREDİT MÜƏMMASI – 18 yaşı yetkinlik saymırlar?

Hazırda oxunan: Bankların KREDİT MÜƏMMASI – 18 yaşı yetkinlik saymırlar?

637415

Qanunvericiliyə görə, ölkə vətəndaşı 18 yaşına çatdıqda müstəqil şəxs statusu qazanır. O, ölkədə keçirilən seçkilərdə iştirak edə, valideynlərin rəsmi razılığına ehtiyac olmadan əmək fəaliyyətinə başlaya bilir. Bu məntiqlə maliyyə qərarlarını da müstəqil şəkildə verə bilər. Lakin bəzi banklar kredit ayrılmasında müştərinin yaşını nəzərə alır, 18 yaşlı gənclərə kredit verməkdən boyun qaçırırlar. Bu, bütün banklara aid edilməsə də bəzi banklarda yaş həddi mövcuddur. Banklar pul kreditləri üçün minimal həddi 21-22, hətta 24 yaşdan yuxarı qaldırır.

Bankların minimum yaş həddi tətbiqi nəyə əsaslanır?

Mövzu barədə Bizim.Media-ya danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, qanunla 18 yaşlı vətəndaşın buna haqqı var:

“Lakin bu, o demək deyil ki, həmin şəxsə hər bank pul verəcək. Banklar bəzi səbəblərdən, xüsusilə də gəlirin olmaması və ya gəlirin qeyri-sabit olması səbəbindən kredit vermirlər. Yaş həddi bəzi bankların daxili qaydalarına görə müəyyən edilir. Ola bilər ki, burada tək yaş yox, başqa şərtlər də əsas götürülür. Bəzi hallarda etbarlı zamin və ya girov olduqda verə bilər. Yəni qanun bunu onlara qadağan etmir”.

Günay Şahmar, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO