26 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına QADAĞA qoyuldu

26 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına QADAĞA qoyuldu

Hazırda oxunan: 26 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına QADAĞA qoyuldu

637616

Daha bir şirkət rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, gənc iş adamının rəhbərlik etdiyi MMC-nin dövlət büdcəsi və faizlər üzrə ümumilikdə 228 min 959 manat vergi borcu yaranıb.

Lakin uzun müddət keçsə də, borclar ödənilməyib.

Bununla bağlı şirkətə dəfələrlə bildirişlər göndərilsə də, ödənişlər yerinə yetirilməyib. Belə olduqda Dövlət Vergi Xidmətinin müvafiq idarəsi məhkəmədə şirkət qarşısında iddia qaldırıb.

İddiada borclar tam ödənilənədək MMC-nin 26 yaşlı rəhbərinin ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması xahiş edilib.

Məhkəmə bu iddianı təmin edib. Qərara əsasən, 228 min 959 manat borclar tam ödənilənədək gənc şirkət rəhbərinin Azərbaycandan çıxışına məhdudiyyət tətbiq olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO