Röyadan növbəti tərbiyəsizlik və hədə  - FOTO

Röyadan növbəti tərbiyəsizlik və hədə - FOTO

Hazırda oxunan: Röyadan növbəti tərbiyəsizlik və hədə - FOTO

85691

Müğənni Röya Ayxan hədə-qorxu xarakterli status paylaşıb. Davakar, qalmaqallı müğənninin budəfəki hədəfi isə Publika.az olub.

 

Belə ki, Publika.az-da “Dilini dinc qoymayan Röya yenə də Aygün Kazımovaya sataşdı”x9d başlıqlı yazıdan qəzəblənərək özünün “İnstagram”x9d səhifəsində özünəməxsus formada təhqiramiz status yazıb. Həmin statusda həm sayt, həm də müxbir təhdid olunub:

 

“Bu məqaləni yazan siçovul, sənə səslənirəm. Röya sataşmır, tutur və üzünə tüpürür. Necə ki, sənə tüpürəcəm. Mən dilimi dinc qoysam, sənin acından dişin tökülər, ay kenqurular, yazanda bilin nə yazırsınız. Camaat oxuyur və elə bilir işimiz-gücümüz yoxdur, elə bir-birimizə baxırıq.

 

Bunu yazan soxulcan, işinə baxacağam, Publika.az ağıllı ol!”x9d

 

Bununla ürəyi soyumayan müğənni başqa bir müxbirimizi də təhqir edən ikinci status yazıb. Yazılanlar etik çərçivəni aşdığından Publika.az həmin statusu yayımlamır.

 

Bu, müğənni Röyanın ilk belə qalmaqalı deyil. Məsləhət görərdik ki, artıq müğənnilik çərçivəsini aşan, özünü "qanuni oğru" statusundakı şəxs kimi aparan Röya Ayxan öncə Azərbaycan dilinin qrammatikasını öyrənsin, sonra onun "ulduza" çevrilməsində müstəsna xidməti olan davranışlarını nəzərdən keçirsin və nəhayət, hədə dolu statusunun hansı hüquqi məsuliyyət yarada biləcəyi üzərində düşünsün. 

 

Başqa sözlə, görünən dağa bələdçi lazımdırmı? 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO