Azərbaycan İƏT-in 30-cu iclasında təmsil olundu – Xankəndi sammiti xüsusi vurğulandı - Foto

Azərbaycan İƏT-in 30-cu iclasında təmsil olundu – Xankəndi sammiti xüsusi vurğulandı - Foto

Hazırda oxunan: Azərbaycan İƏT-in 30-cu iclasında təmsil olundu – Xankəndi sammiti xüsusi vurğulandı - Foto
648047
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

16 noyabr tarixində Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 30-cu iclasında Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, iclasda çıxış edən nazir müavini İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsi, təşkilatın institusional inkişafı, iqtisadi-ticarət, nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlıq imkanları ilə bağlı ölkəmizin mövqeyini diqqətə çatdırıb.

Ötən il Xankəndidə keçirilmiş İƏT-in 17-ci Zirvə görüşünün və ilk "İƏT Həftəsi"nin regional əməkdaşlığın inkişafına töhfəsi qeyd olunub, əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
 

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat, enerji və rəqəmsal infrastruktur layihələrinin regionda bağlantıların gücləndirilməsində rolu diqqətə çatdırılıb. Ölkəmizdə yerləşən İƏT təsisatlarının fəaliyyətinin dəstəklənməsinin vacibliyindən bəhs olunub.


Nazir müavini, həmçinin regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində ölkəmizin səyləri, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin qayıdışı barədə məlumat verib.

Görüşün sonunda "İslamabad Kommünikesi" adlı yekun sənəd qəbul edilib.

Səfər çərçivəsində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif İƏT-ə üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərlərini, o cümlədən nazir müavini Elnur Məmmədovu qəbul edib.











Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO