Dövlət qurumlarının ixtisara düşən işçiləri ilə bağlı yeni təklif

Dövlət qurumlarının ixtisara düşən işçiləri ilə bağlı yeni təklif

Hazırda oxunan: Dövlət qurumlarının ixtisara düşən işçiləri ilə bağlı yeni təklif
648032
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“2019-cu ildə dövlət sektorunda muzdla çalışanların sayı 916 min nəfərdən çox olduğu halda, hazırda 837 min nəfər ətrafındadır.Təkcə cari ilin doqquz ayında dövlət sektorunda çalışanların sayı 29 min nəfər azalıb, qeyri-dövlət sektorunda isə 11,8 min nəfər artıb”. 

Bizim.Media xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Haqlı sual yaranır: dövlət sektorundan ayrılan əmək resurslarını özəl sektor hansı səviyyədə qəbul etməyə qadirdir? Ölkəmizdə problem dövlət sektorunun böyüklüyündən daha çox özəl sektorun yetərincə genişlənə bilməməsidir. Dövlət sektorunun mütləq sayını azaltmadan da onun iqtisadiyyatdakı nisbi çəkisini aşağı salmağın daha sağlam yolu ştatların birbaşa və süni imtahanlarla ixtisarı əvəzinə, özəl sektorda yüz minlərlə yeni iş yerinin yaradılmasıdır. 

Bir dövlət qurumunun xərclərinə qənaət digər dövlət təşkilatının sosial müdafiə xərclərini artırırsa, peşəkar kadrlarınn itirilməməsi üçün islahatların ümumi iqtisadi səmərəsini yenidən hesablamalıyıq.
 

Paralel strukturların ləğvini, rəqəmsallaşmanı və büdcə vəsaitlərindən səmərəli istifadə tələbi başadüşüləndir. Lakin rayonlarda alternativ iş yerləri yaratmadan dövlət müəssisələrini ixtisar etməklə paytaxta miqrasiyanın qarşısını almaq çətin olar", - deputat qeyd edib.


Zahid Oruc ixtisarların açıq meyarlarının əvvəlcədən kollektivlərə elan olunmasını, təcrübəli mütəxəssislərin vahid kadr ehtiyatı bazasına daxil edilərək digər dövlət qurumlarındakı vakansiyalara yerləşdirilməsini təklif edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO