
- A-
- A
- A+
Modriç Messiyə çatdı
Xorvatiya millisinin 41 yaşlı yarımmüdafiəçisi Luka Modriç milli komandada keçirdiyi oyunların sayını 208-ə çatdırıb.
Bizim.Media xəbər verir ki, futbolçu UEFA Millətlər Liqasının 6-cı turunda Çexiya ilə qarşılaşmada start heyətində meydana çıxıb. Xorvatiya yığması bu görüşdə 2:1 hesablı qələbə qazanıb.
“Transfermarkt”ın yaydığı məlumata görə, Modriç bu göstərici ilə Argentina millisinin hücumçusu Lionel Messiyə çatıb.
Milli komandalar tarixində ən çox oyun keçirən futbolçu isə Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldodur. O, yığma ilə 234 matçda iştirak edib.
Qeyd edək ki, Modriç Xorvatiya millisinin heyətində keçirdiyi 208 oyunda 30 qol vurub və 32 məhsuldar ötürmə edib. O, yığma ilə 2018-ci ildə dünya çempionatının gümüş, 2022-ci ildə isə bürünc medalını qazanıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































