Məktəbin qarşısında “avtoşluq” etdi, həbs edildi - Video

Məktəbin qarşısında “avtoşluq” etdi, həbs edildi - Video

Hazırda oxunan: Məktəbin qarşısında “avtoşluq” etdi, həbs edildi - Video
647956
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Biləsuvarda məktəbin qarşısında avtoxuliqanlıq edən sürücü həbs edilib.

Bizim.Media xəbər verir ki, Biləsuvar yol polisi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayon ərazisindəki ümumtəhsil məktəblərindən birinin qarşısında avtoxuliqanlıq hərəkətləri edən sürücü Q.Aslanov saxlanılıb.
 

Məlumata görə, o, idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçılarının, o cümlədən həmin vaxt məktəbin giriş qapısının önündə dayanmış məktəblilərin həyat və sağlamlığına təhlükə yaradıb.


Sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Q.Aslanov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO