
- A-
- A
- A+
Büdcə gəlirlərinin artım tempinin aşağı olması ilə bağlı fikirlərə komitə sədrindən cavab
“Büdcə zərfində əsaslı xərclərə 13,8 milyard manat, o cümlədən, dövlət investisiyalarına 5,3 milyard manat vəsaitin nəzərdə tutulması fiskal dayanıqlılıq üçün iqtisadi əsasların yaradılmasına xidmət edir”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin təqdimatı zamanı deyib.
"Büdcə müzakirələri çərçivəsində səsələnən fikirlərdən biri büdcə gəlir və xərclərinin 1,7 faiz artımının qənaətbəxş olmaması ilə bağlı idi.
Nəzərə almalıyıq ki, büdcənin qiymətləndirilməsi yalnız rəqəmlərin müqayisəsi ilə məhdudlaşdırıla bilməz. Büdcənin strukturu, dayanıqlığı, nəticəliliyi və gələcək üçün yaratdığı imkanlar onun ümumi həcmindən, artım dinamikasından daha vacibdir.
Digər tərəfdən, növbəti ilin proqnozlarına əsasən, icmal büdcənin xərclərinin 50 milyard manatı, dövlət büdcəsi xərclərinin isə ümumi daxili məhsulda payının 30 faizi ötməsi dövlətin maliyyə imkanlarının kifayət qədər yüksək olduğunu göstərir", - deyə komitə sədri qeyd edib.
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































