Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi

Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi

Hazırda oxunan: Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi
647988
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin işi üzrə ittiham aktı məhkəməyə göndərilib.

Bizim.Media NEWS.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, işə Sünik məhkəməsində baxılacaq.

Qeyd edək ki, 2026-cı il oktyabrın 1-də Azərbaycan vətəndaşı, hərbçi Nəsimi Musayevin Ermənistanın Sünik vilayətinin Sisyan rayonunun Şəki kəndində 6-cı küçədə yerləşən 20 nömrəli evə qanunsuz daxil olduğu və aşkar edildikdən sonra odlu silahdan atəş açdığı iddia edilir.

Hadisə nəticəsində 1987-ci il təvəllüdlü Ani Avetisyan yaralanıb.
 

Bundan sonra Azərbaycan vətəndaşı hadisə yerindən qaçıb. Görülən tədbirlər nəticəsində Nəsimi Musayev aşkar edilərək saxlanılıb.


Şəki kəndində baş verən hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin beş maddəsi üzrə cinayət işi başlanıb. Musayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO