Bu il 164 mindən çox şəxs işlə təmin edilib - Nazir müavini

Bu il 164 mindən çox şəxs işlə təmin edilib - Nazir müavini

Hazırda oxunan: Bu il 164 mindən çox şəxs işlə təmin edilib - Nazir müavini
647947
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Özünəməşğulluq proqramı insanların öz gəlir mənbəyini yaratmasını, peşə hazırlığı isə əmək bazarına uyğun bilik və bacarıqların yaradılmasını dəstəkləyir. Bu mexanizmlər vətəndaşlara ehtiyaclarına uyğun dəstəyi göstərməyə imkan verir. Belə ki, 2026-cı ilin 10 ayında 164 mindən çox şəxs işlə təmin edilib. 14 mindən çox vətəndaş peşə hazırlığına, 6600-dən çox şəxs isə özünəməşğulluq proqramına cəlb olunub.

Bizim.Media xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Milli Məşğulluq Forumunda çıxış edərkən deyib.
 

"Bu nəticələr bir insanın işə başlaması, bir gəncin yeni peşə qazanması, bir ailənin öz kiçik biznesini qurması deməkdir. Növbəti mərhələdə diqqətimizi bu nəticələrin davamlılığına yönəldirik. 


Peşə hazırlığı alan şəxsin işə keçidi, özünəməşğulluq proqramı çərçivəsində qurulan kiçik biznesin fəaliyyətinin davam etdirilməsi və işə başlayan vətəndaşın işdə qalmaq şansı bizim üçün mühüm göstəricidir. 

Bu baxımdan, əsas vəzifələrdən biri peşə hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır.

Təhsil müəssisələri, peşə hazırlığı mərkəzləri və işəgötürənlər arasında sıx əməkdaşlıq tədris proqramlarının müasir tələblərə uyğun yenilənməsinə, gənclərin praktiki bacarıqlar qazanmasına və əmək bazarına daha hazırlıqlı daxil olmasına imkan yaradacaq", - deyə nazir müavini əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO