
- A-
- A
- A+
Qusarda kənd yolları təmir edilir – Video
Qusar rayonunda Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri işləri davam etdirilir.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, IV texniki dərəcəli avtomobil yolunun ümumi uzunluğu 26,7 kilometr təşkil edir. İnvestisiya layihəsi çərçivəsində həyata keçirilən işlər 6 yaşayış məntəqəsini birləşdirən yolun nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir.
Artıq yolun 8 kilometrlik hissəsində asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşdırılıb və həmin hissə istifadəyə verilib.
Bundan əlavə, 18,7 kilometrlik hissədə yol yatağının tikintisi başa çatdırılıb. Layihə çərçivəsində yol boyunca süni qurğuların tikintisi də həyata keçirilir. İşlərin nəzərdə tutulan müddətdə yekunlaşdırılması planlaşdırılır.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































