Ceyhun Bayramov Britaniyanın dövlət katibi ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov Britaniyanın dövlət katibi ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi

Hazırda oxunan: Ceyhun Bayramov Britaniyanın dövlət katibi ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi
648045
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

16 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Krallığın xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi Ed Milibənd arasında telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, nazir Ceyhun Bayramov Ed Milibəndi dövlət katibi vəzifəsinə təyin olunması münasibətilə bir daha təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Telefon danışığı zamanı Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, habelə yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsinin əhəmiyyəti müzakirə olunub.
 

Bu çərçivədə, liderlər səviyyəsində sonuncu Avropa Siyasi Birliyi (EPC) Zirvə toplantısı zamanı keçirilmiş görüşün, eləcə də “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin qəbul edilməsinin ikitərəfli münasibətlərin inkişafında əhəmiyyəti vurğulanıb. Sənədin əhatə etdiyi istiqamətlər üzrə əməkdaşlığın konkret məzmunla zənginləşdirilməsi və praktiki nəticələrin əldə olunması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Tərəflər, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə edib, Cənubi Qafqazda mövcud vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Azərbaycanın regionda davamlı sülhün və sabitliyin təmin olunmasına, kommunikasiyaların açılmasına və iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş səyləri barədə qarşı tərəfə məlumat verib.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər də müzakirə olunub.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO