Qədəşovun kürəkəninə 11 il həbs - “Atland” müsadirə edildi

Qədəşovun kürəkəninə 11 il həbs - “Atland” müsadirə edildi

Hazırda oxunan: Qədəşovun kürəkəninə 11 il həbs - “Atland” müsadirə edildi
647961
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Təbriz” MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
 

Şəlalə Həsənovanın sədrlik etdiyi məhkəmə tərkibi müttəhimi verilmiş ittihamlarla təqsirli hesab edib.


Hökmə əsasən N.Hacıyev 11 il 6 ay azadlıqdan məhrum edilib. T.Məhəmmədova isə şərti cəza verilib. Bundan əlavə, üzərinə həbs qoyulmuş Nabranda yerləşən “Atlant” İstirahət Mərkəzi müsadirə edilib.

Məlumatı vəkil Ceyhun Yusifov təsdiq edib.

Qeyd edək ki, Nofəl Hacıyev “Atlant” İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni, eyni zamanda istirahət mərkəzinin şərikidir. İttihama görə, o, vətəndaşlardan alınan 14 milyon manatı “Atlant”ın təmir-tikinti işlərinə yatırıb. Nofəl isə bu işdə qayınatası T.Qədəşovu ittiham edirdi. Onlar istirahət mərkəzinə şərik olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO