Hikmət Hacıyev NATO rəsmisi ilə görüşdü – Nələr müzakirə olundu? – Foto

Hikmət Hacıyev NATO rəsmisi ilə görüşdü – Nələr müzakirə olundu? – Foto

Hazırda oxunan: Hikmət Hacıyev NATO rəsmisi ilə görüşdü – Nələr müzakirə olundu? – Foto
647984
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.

Bizim.Media xəbər verir ki, Hikmət Hacıyev bu barədə “X” hesabında paylaşım edib.

Görüşdə Azərbaycan–NATO tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, o cümlədən əməkdaşlığın yeni modellərinin hazırlanması məsələləri müzakirə olunub.
 

Hikmət Hacıyev Azərbaycanın NATO-nun fəal və etibarlı tərəfdaşı olduğunu vurğulayıb. O, ölkənin hərbi imkanları, strateji coğrafi mövqeyi, regional bağlantıların inkişafı və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr barədə danışıb.


Həmçinin, Azərbaycan–NATO əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Hikmət Hacıyev NATO rəsmisi ilə görüşdü – Nələr müzakirə olundu? – Foto - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO