4 azərbaycanlı dənizçinin olduğu gəmi Bolqarıstan sahillərində batdı – Video

4 azərbaycanlı dənizçinin olduğu gəmi Bolqarıstan sahillərində batdı – Video

Hazırda oxunan: 4 azərbaycanlı dənizçinin olduğu gəmi Bolqarıstan sahillərində batdı – Video
648027
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"BETUL 8" yük gəmisi Qara dənizin Bolqarıstan sahillərində qəzaya uğrayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası ölkənin Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.

Somali bayrağı altında üzən "BETUL 8" gəmisi 3 ton səpmə buğda daşıyırdı və Rumıniyadan Misirə hərəkət edirdi. Onun göyərtəsində 12 heyət üzvü olub.

"Varnadakı Dəniz Xilasetmə Koordinasiya Mərkəzinə səhər saat 9:15-də fəlakət siqnalı daxil olub. Ekipaj bildirib ki, gəmi Bolqarıstanın müstəsna iqtisadi zonasında yerləşən Kaliakra burnundan təxminən 40 dəniz mili cənub-şərqdədir", - məlumatda bildirilib.
 

Nəqliyyat Nazirliyinin məlumatına görə, hadisə yerinə Qara dənizdəki Dəniz Minatəmizləmə və Kəşfiyyat Qrupunun dörd gəmisi – iki Bolqarıstan, bir Rumıniya və bir Türkiyə gəmisi göndərilib. onların fəaliyyəti isə Dəniz Administrasiyası İcraiyyə Agentliyinin Fövqəladə Hallar və Xilasetmə İşləri üzrə Baş İdarəsi tərəfindən əlaqələndirilir.


Əməliyyata həmçinin iki "Cougar" helikopteri və bir "Su-25" təyyarəsi vasitəsilə ərazidə müşahidə və kəşfiyyat işləri aparan hərbi hava qüvvələri də qoşulub.

Türkiyənin NTV telekanalının məlumatına əsasən, Qara dənizin Bolqarıstan sahillərində qəzaya uğrayan "BETUL 8" yük gəmisində heyətin 8 üzvü Türkiyə, 4-ü isə Azərbaycan vətəndaşı olub. Heyətin hamısının xilas olduğu və partlayışın səbəbinin araşdırıldığı bildirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO