Deputat: “Rəqəmsal inkişaf yalnız paytaxtla məhdudlaşmamalıdır”

Deputat: “Rəqəmsal inkişaf yalnız paytaxtla məhdudlaşmamalıdır”

Hazırda oxunan: Deputat: “Rəqəmsal inkişaf yalnız paytaxtla məhdudlaşmamalıdır”
648013
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Mövcud məlumatlara görə, ölkədə uşaqların yalnız 42 faizi məktəbəqədər təhsilə cəlb olunur və bu imkanlar əsasən böyük şəhərlərdə cəmləşir”. 

Bizim.Media xəbər verir ki, bunu deputat Azər Badamov Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, regionlarda isə vəziyyət daha fərqlidir:

"Məsələn, Qusar rayonunda uşaqların cəmi 6,9 faizi məktəbəqədər təhsilə cəlb olunur. Bu baxımdan rayonda mövcud məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına və yenilərinin tikilməsinə ciddi ehtiyac var. Xahiş edirəm , bu məsələnin dövlət büdcəsinin imkanları çərçivəsində dövlət investisiya proqramına daxil edilməsi nəzərdən keçirilsin".

Deputat rəqəmsal iqtisadiyyat və süni intellekt texnologiyalarının inkişafı məsələsinə də toxunub:

"Rəqəmsal inkişaf yalnız paytaxtla məhdudlaşmamalı, regionları da əhatə etməlidir. Təklif edirəm ki, dövlət xidmətlərinə əl çatanlığını təmin edən my.gov.az platformasından bölgələrdə istifadənin genişləndirilməsi üçün maarifləndirmə və praktiki təlimlər təşkil olunmalı, ehtiyac varsa, buna müvafiq maliyyə vəsaiti də ayrılmalıdır".

Bundan başqa o, Qusarda bəzi kəndlərdə yolların yenidən qurulmasına ehtiyac olunduğunu bildirib:

"Şahdağ Turizm Mərkəzində beynəlxalq xizək yarışlarının keçirilməsinin nəzərdə tutulması rayonun turizm potensialını daha da artıracaq. Lakin turizmin inkişafı yalnız müasir otel və xizək komplekslərinin tikintisi ilə məhdudlaşmır. Turistlərin bu məkanlara rahat çatmasını təmin edən yol infrastrukturu da mühüm əhəmiyyət daşıyır.  Şahdağ istiqamətində əsas yol müasirləşdirilsə də, həmin yola bitişik və bu kompleksə yaxın  yerləşən bəzi kəndlərə gedən yolların vəziyyəti müasir tələblərə cavab vermir".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO