
- A-
- A
- A+
İdman
17:54 / 16.11.2026
1 dəq oxunma
Ammar Baxşalıyev Azərbaycan batut gimnastikası tarixində ilkə imza atıb
Hazırda oxunan: Ammar Baxşalıyev Azərbaycan batut gimnastikası tarixində ilkə imza atıb
648038
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Çinin Nankin şəhərində keçirilən batut gimnastikası üzrə gənclər arasında Dünya çempionatında Azərbaycan gimnastı Ammar Baxşalıyev tarixi nailiyyətə imza atıb.
Bizim.Media xəbər verir ki, fərdi proqramda mübarizə aparan təmsilçimiz təsnifat mərhələsində 54.850 xal toplayaraq 6-cı pillədən finala yüksəlib.
Həlledici mərhələdə uğurlu çıxışını davam etdirən Ammar Baxşalıyev 55.450 xal toplayaraq bürünc medalın sahibi olub. Yarışda qızıl medalı Yaponiya, gümüş medalı isə Türkiyə təmsilçisi qazanıb.
Bu nəticə Azərbaycan batut gimnastikası tarixində əlamətdar hadisə kimi yadda qalıb. Belə ki, Ammar Baxşalıyev gənclər arasında Dünya çempionatında fərdi proqramda medal qazanan ilk azərbaycanlı batut gimnastı olub.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün

































































































