
- A-
- A
- A+
Deputat: “Rus sektorunun hansı xüsusi statusu var ki, xərclərini dövlət ödəyir?!”
“Hazırda Azərbaycanda rus bölməsində 157 min, Azərbaycan bölməsində isə 1 milyon 570 min şagird təhsil alır”.
Bizim.Media xəbər verir ki, bunu deputat Hikmət Babaoğlu Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, bir şagirdin dövlət büdcəsi hesabına illik maliyyələşməsi 2 min manat təşkil edir.
"Azərbaycanda, görəsən, ingilis, çin və fransız dillərində dövlət hesabına təhsil verən məktəb varmı? Demək olar ki, yoxdur. Belə olan halda görəsən rus dilinin Azərbaycanda xüsusi əlahiddə statusu nədir ki, 157 min şagird bu dildə təhsil alır, onun da xərclərini dövlət ödəyir?! İstər-istəməz sual yaranır ki, nə üçün? Bu barədə düşünmək lazımdır. Bu ümumi şagirdlərin 9.3 faizini təşkil edir".
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































