
- A-
- A
- A+
Növbəti illər üçün inflyasiya proqnozu açıqlandı
“Proqnozlara əsasən, 2027-2028-ci illərdə orta illik inflyasiyanın 5,3 faiz təşkil edəcəyi gözlənilir”.
Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
O bildirib ki, qlobal iqtisadi şəraitdəki çağırışlara baxmayaraq, Azərbaycanda iqtisadi artım davam edib:
“10 ayın nəticələrinə əsasən, iqtisadi artım 1,7 faiz təşkil edib. Qeyri-neft ümumi daxili məhsulun artımı isə 2,9 faiz səviyyəsində formalaşıb. Mərkəzi Bankın oktyabr proqnozlarına əsasən, 2027-ci ilin sonunda ümumi daxili məhsulun artımı 2,3 faiz, qeyri-neft ümumi daxili məhsulun artımı isə 4,3 faiz səviyyəsində olacaq".
Xarici sektora gəldikdə, isə sədr mövqeyin əlverişli olduğunu bildirib:
"Bildiyiniz kimi, 9 aylıq gömrük statistikasına əsasən, xarici ticarət balansının profisiti 10,5 milyard ABŞ dolları səviyyəsində formalaşıb. Cari əməliyyatlar balansının 6 aylıq göstəricilərinə baxdıqda, burada 4,7 milyard ABŞ dolları həcmində profisit görürük. Bu da ümumi daxili məhsulun 12,4 faizi deməkdir. Proqnozlarımıza əsasən, 2026-cı ilin sonuna cari əməliyyatlar balansının profisitinin 8,5 milyard ABŞ dolları, 2027-ci ilin sonuna isə 5,5 milyard ABŞ dolları ətrafında olacağı gözlənilir”.
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































