
- A-
- A
- A+
Müharibə nə vaxt başa çatacaq? – Ukraynalı nazirdən mühüm açıqlama
Ukraynada müharibə hər iki tərəf üçün vəziyyətin son dərəcə ağırlaşmasından sonra başa çatacaq. Rusiya isə hələlik döyüş əməliyyatlarını dayandırmağa razılaşmaqdan uzaqdır.
Bizim.Media UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın Veteranlarla İş üzrə naziri Vitali
Kim RBC-Ukrayna nəşrinə müsahibəsində bildirib.
Müharibənin nə vaxt başa çatacağı ilə bağlı suala cavab verən Kim bunun vəziyyətin “çox-çox-çox ağırlaşmasından” sonra baş verəcəyini deyib.
Nazirin sözlərinə görə, Rusiya gələcəkdə iqtisadi böhran təhlükəsini görür və artıq bununla bağlı müəyyən tədbirlər görməyə başlayıb. Lakin Moskvanın müharibəni dayandırmağa razılaşmasına hələ çox var.
Kim əlavə edib ki, Rusiya müharibəni öz şərtləri ilə başa çatdırmaq istəyir, lakin bu şərtlər Ukrayna üçün qəbuledilməzdir. Buna görə də danışıqlar prosesi tərəflər arasında problemlərin artması fonunda davam edəcək.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































