Mərkəzi Bankın dollar ehtiyatlarında tarixi rekord

Mərkəzi Bankın dollar ehtiyatlarında tarixi rekord

Hazırda oxunan: Mərkəzi Bankın dollar ehtiyatlarında tarixi rekord
647975
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Valyuta bazarında həm nağd, həm də qeyri-nağd seqmentlərdə təklif tələbi kəskin üstələyib. Əhalinin manata və bank sektoruna inamı artmaqda davam edir”.

Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

O bildirib ki, dollarlaşma səviyyəsi illik əsasda 3,3 faiz bəndi azalaraq 25,2 faizə enib. Bu, tarixi minimum göstəricidir:

“Ümumiyyətlə, 2021-ci ilin sonu ilə müqayisə etdikdə dollarlaşma səviyyəsi 15,4 faiz azalıb. Bununla belə, Mərkəzi Bankın ehtiyatları bu ilin 10 ayının nəticələrinə əsasən 34 faiz artıb. Məbləğ ifadəsində bu, 3,9 milyard ABŞ dolları deməkdir və ehtiyatlar 15,4 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. Bu da ölkəmizin tarixində maksimum göstəricidir".

Sədr qeyd edib ki, bank sektorunun cari ilin ötən dövründə dayanıqlılığı təmin edilib:

"Bank sektorunda məcmu kapitalın adekvatlıq əmsalı 16,5 faizə çatıb. Normanın 100 faiz olduğu şəraitdə likvidliyin örtülməsi əmsalı 153 faiz səviyyəsində qərarlaşıb. Kredit portfelinin keyfiyyəti göstəricisi isə 2,7 faiz təşkil edib. Bu da kifayət qədər qənaətbəxş nəticədir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO