Bal almaq istəyənlərin nəzərinə! - Tarixi və yeri dəyişdirildi

Bal almaq istəyənlərin nəzərinə! - Tarixi və yeri dəyişdirildi

Hazırda oxunan: Bal almaq istəyənlərin nəzərinə! - Tarixi və yeri dəyişdirildi
648014
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

27 noyabr – 11 dekabr tarixlərində Bakıda 26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. 

Bizim.Media xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyası birgə 26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkasını təşkil edir.

Yarmarka 27 noyabr – 11 dekabr tarixlərində Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək.

Bal yarmarkasında növbəlilik prinsipi əsasında ilk olaraq qeydiyyatdan keçmiş, 2026-cı il sentyabrın 1-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində təsərrüfatında ən azı 40 arı ailəsi olduğunu bəyan etmiş 52 rayondan 300-ə yaxın arıçı fermer iştirak edəcək.
 

Yarmarkada iştirak ödənişsizdir və hər fermer ən çoxu 450 kq bal (qablaşdırma daxil olmaqla) və 30 ədəd arı şanı sata biləcək. Fermerlərə satış yeri, ləvazimat və marketinq dəstəyi veriləcək. 


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları əməkdaşları baldan yerində nümunə götürüb laboratoriyada yoxlayacaq, yalnız keyfiyyət standartlarına cavab verən məhsullar yarmarkaya buraxılacaq.

Qeyd edək ki, yarmarkanın məqsədi yerli arıçıların satış imkanlarını genişləndirmək, istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqə yaratmaq və əhalinin keyfiyyətli yerli bala çıxışını təmin etməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO