Dukono vulkanı püskürdü - Kül 300 metr hündürlüyə qalxdı

Dukono vulkanı püskürdü - Kül 300 metr hündürlüyə qalxdı

Hazırda oxunan: Dukono vulkanı püskürdü - Kül 300 metr hündürlüyə qalxdı
647979
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İndoneziyanın Şimali Maluku əyalətində yerləşən Dukono vulkanında püskürmə qeydə alınıb. Nəticədə kül tullantıları vulkanın zirvəsindən 300 metr hündürlüyə yüksəlib.

Bizim.Media Antara agentliyinə istinadla xəbər verir ki, bu barədə Dukono Vulkanını Müşahidə Məntəqəsinin əməkdaşı Bambanq Suqiono məlumat verib.

Onun sözlərinə görə, püskürmə 30 millimetr amplituda ilə qeydə alınıb və 44,91 saniyə davam edib.

Seysmik müşahidələr zamanı, həmçinin 7 aşağı tezlikli və 3 uzaq tektonik zəlzələ qeydə alınıb. Davamlı vulkanik titrəyişlərin amplitudası 1-3 millimetr arasında dəyişib.

Bildirilib ki, Dukono vulkanının aktivlik səviyyəsi II dərəcədə qalır.
 

Səlahiyyətli qurumlar yerli sakinlərə, eləcə də turistlərə Malupanq Variranq kraterinə 4 kilometr radiusda yaxınlaşmamağı, ərazidə hər hansı fəaliyyət və yürüşlərdən çəkinməyi tövsiyə ediblər.

 

Əhaliyə, həmçinin küləyin istiqaməti və sürətinin dəyişməsi nəticəsində yayıla bilən vulkanik küldən qorunmaq üçün maskalardan və ya burun-ağız qoruyucularından istifadə etmək tövsiyə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO