Həkim damar sağlamlığı üçün ən zərərli qida birləşməsini açıqlayıb

Həkim damar sağlamlığı üçün ən zərərli qida birləşməsini açıqlayıb

Hazırda oxunan: Həkim damar sağlamlığı üçün ən zərərli qida birləşməsini açıqlayıb
648005
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Damar sağlamlığı üçün ən arzuolunmaz qida birləşməsi sadə və asan həzm olunan karbohidratlar (şəkər və nişasta) ilə linol turşusu ilə zəngin rafinə edilmiş bitki yağlarıdır (günəbaxan, soya və raps yağları). Bu məhsullar fastfud yeməklərinin əsas tərkib hissələrindəndir.

Bizim.Media xəbər verir ki, bu barədə RT-yə müsahibəsində "Helznet" Milli Texnologiya Təşəbbüsünün və "Sağlamların sağlamlığı" İttifaqının eksperti, həkim Andrey Martyuşev-Poklad danışıb.
 

Mütəxəssisin sözlərinə görə, bu məhsulların hər biri, xüsusilə də birlikdə qəbul edildikdə, damarların daxili səthinə - endotelə ciddi zərər verə və insulinin həddindən artıq ifrazına səbəb ola bilər.


O bildirib ki, şəkər və nişasta qlikasiya məhsullarının yaranmasına, eləcə də mitoxondrilərdə oksidləşdirici stresin artmasına şərait yaradır. Linol turşusu isə xüsusilə yüksək temperaturda qızdırıldıqda lipidlərin peroksidləşməsi nəticəsində yaranan təhlükəli maddənin - 4-hidroksinonenalın (4-HNE) mənbəyinə çevrilə bilər.

Həkim ən zərərli qidalara yağda qızardılmış ponçikləri və kartofu misal göstərib.

RT-nin həmsöhbəti bu qidaları insulinin həddindən artıq ifrazına səbəb olmayan, damar sağlamlığını dəstəkləyən məhsullarla əvəz etməyi tövsiyə edib.

Onun fikrincə, yüksək qida dəyərinə malik yumurta, ət, balıq, quş əti və süd məhsulları tərəvəz qarniri ilə birlikdə ən yaxşı seçimlərdəndir. Həkim bu qidaları fastfuddan fərqli olaraq "boş kalorilər" deyil, yüksək qida sıxlığına malik məhsullar kimi xarakterizə edib.

Mütəxəssis qeyd edib ki, belə qidalanma piylənmə, metabolik sindrom, şəkərli diabet və damarların fəaliyyətinin pozulması ilə müşayiət olunan digər sağlamlıq problemlərinin profilaktikasına kömək edə bilər. (Oxu.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO