
- A-
- A
- A+
Rusiya Gürcüstanın xüsusi nümayəndəsi ilə əlaqə yaradıb - Moskva
Rusiya Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə yeni xüsusi nümayəndəsi Georgi Zurabaşvili ilə əlaqə qurub.
Bizim.Media xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti Rusiya Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb.
"Biz Georgi Zurabaşvili ilə əlaqə yaratmışıq. Onun rusiyalı həmkarı müəyyən edilib - Cənubi Qafqaza nəzarət edən xarici işlər nazirinin müavini Mixail Qaluzin. Rusiya Gürcüstanla praqmatik və qarşılıqlı faydalı münasibətlərin qurulmasını ardıcıl olaraq dəstəkləyir" – məlumatda qeyd edilib.
Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, nümayəndələr ticarətin, turizmin, nəqliyyat əlaqələrinin və mədəni mübadilələrin genişləndirilməsi kimi praktik məsələlərə diqqət yetirəcəklər.
Qeyd olunur ki, bir sıra sahələrdə işlər artıq davam edir: məsələn, kənd təsərrüfatı qurumlarının nümayəndələri qarşılıqlı kənd təsərrüfatı məhsullarının çatdırılmasını sadələşdirməyə çalışırlar.
Qəzet xatırladır ki, oktyabrın sonunda Gürcüstan hökuməti Rusiya ilə münasibətlər üzrə yeni xüsusi nümayəndə - xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvilini təyin edib.
Bu vəzifə 2024-cü ilin yazından bəri boş idi və indi Tiflis Moskva ilə birbaşa dialoqu bərpa etmək qərarına gəlib:
“Rusiya bu addımı dəstəkləyir və ümid edir ki, bu təyinat ikitərəfli münasibətlərə təkan verəcək".
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































