Azərbaycanda Büdcə Məcəlləsi hazırlana bilər

Azərbaycanda Büdcə Məcəlləsi hazırlana bilər

Hazırda oxunan: Azərbaycanda Büdcə Məcəlləsi hazırlana bilər
647990
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Büdcə sistemi haqqında” Qanunun müasir iqtisadi çağırışlara uyğunlaşdırılmasına ehtiyac var. Bunun üçün büdcə prosesinin vahid hüquqi sənəddə təsbit edilməsi, başqa sözlə, Büdcə Məcəlləsinin hazırlanması vacibdir.

Bizim.Media xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

O bildirib ki, Qanunun Milli Məclis üçün önəmli olan, maliyyə sənədlərinin təqdimat siyahısını tənzimləyən 12, 16, 18 və 20-ci maddələrinin müasir rəqəmsal idarəetmə sürətinə uyğunlaşdırılmasına ehtiyac var.
 

"Yenilənmə iqtisadi resursların daha səmərəli istifadəsini təmin etmək üçün vacibdir. Müasir dünya dövlət proqramlarının effektivliyini və dayanıqlı inkişaf məqsədlərini birbaşa qanunvericiliyə inteqrasiya edir. Ölkəmizdə də bu sahədə islahatlara başlanılıb, lakin prosesin tam hüquqi status qazanması üçün Qanunun fundamental şəkildə yenilənməsinə ehtiyac var.


Hazırda büdcə münasibətləri fərqli hüquqi aktlarla tənzimlənir və praktikada bu aktlar arasında bəzən ziddiyyətlər yaranır.

Bu ziddiyyətlərin aradan qaldırılması yolunu bütün büdcə prosesinin vahid hüquqi sənəddə təsbit edilməsində, başqa sözlə, Büdcə Məcəlləsinin hazırlanmasında görürük. 2027-ci ilin büdcə zərfində büdcə-vergi siyasəti ilə bağlı məlumatların təqdim edilməsi zamanı “Büdcə sistemi haqqında” Qanunun tələblərinə əməl olunub. Belə ki, müvafiq məlumatda büdcə-vergi siyasətinin əsas istiqamətləri və ortamüddətli dövr üçün hədəf göstəriciləri əks etdirilib".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO