“Humanitar əməkdaşlıq əsas istiqamətlərdən biridir. Laçının Birliyin mədəniyyət paytaxtı elan edilməsi qərarını dəstəklədiklərinə görə MDB dövlət başçılarına minnətdarlığımı bildirmək istəyirəm”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkmənbaşıda keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı səsləndirib.
Dövlətimizin başçısı, həmçinin qeyd edib:
“Ötən il Laçında keçirilən genişmiqyaslı tədbirlər qonaqlarımıza bu bölgənin zəngin və qədim tarixi ilə daha yaxından tanış olmağa imkan verdi. Qonaqlarımız onun sürətli dirçəlişinin, eyni zamanda, aparılan bərpa işlərinin miqyasının şahidi ola bildilər”.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
13:55 / 09.10.2026
Prezident: “Laçında keçirilən tədbirlər bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi” – VİDEO
Hazırda oxunan: Prezident: “Laçında keçirilən tədbirlər bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi” – VİDEO
Hazırda oxunan: Prezident: “Laçında keçirilən tədbirlər bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi” – VİDEO
641296
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































