MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

Hazırda oxunan: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

641117

MDB Zirvə görüşündən sonra Xəzəryanı ölkələr Xəzər ekoloji sammiti keçirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Kremlin sözçüsü qeyd edib ki, MDB dövlət başçılarının qarşıdan gələn görüşünün geniş gündəliyi var. Zirvə görüşünün yekunlarına dair bir sıra sənədlərin qəbul edilməsi və imzalanması planlaşdırılır.

Peskovun sözlərinə görə, MDB formatı bir neçə onillik ərzində üzv ölkələr üçün aktuallığını və faydasını sübut edib, habelə daha inkişaf etmiş inteqrasiya formalarının inkişafı üçün əsas olub.

Rusiya liderinin mətbuat katibi İran prezidenti Məsud Pezeşkianın MDB dövlət başçılarına qoşulacağını açıqlayıb. MDB Zirvə görüşündən sonra Xəzəryanı ölkələrin liderləri ayrıca Xəzər ekoloji sammitində iştirak edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO