Azərbaycan və İtaliya XİN rəhbərləri görüşdü – Nələr müzakirə edildi? – Foto

Azərbaycan və İtaliya XİN rəhbərləri görüşdü – Nələr müzakirə edildi? – Foto

Hazırda oxunan: Azərbaycan və İtaliya XİN rəhbərləri görüşdü – Nələr müzakirə edildi? – Foto
649222
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İtaliya Respublikasının Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani arasında geniş tərkibdə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
 
Görüşdə Azərbaycan-İtaliya münasibətlərinin geniş gündəliyi, strateji tərəfdaşlığın mövcud vəziyyəti və perspektivləri, həmçinin əsas regional və beynəlxalq məsələlər müzakirə olunub.

Nazirlər 2014 və 2020-ci illərdə imzalanmış Strateji Tərəfdaşlıq sənədlərinə əsaslanan yüksək səviyyəli siyasi dialoqu xüsusi vurğulayıblar.

İqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetirilib. Qeyd olunub ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 12 milyard ABŞ dollarına çatıb və İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır. Tərəflər ticarət, investisiya, enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat və yüksək texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Bakıda keçirilən Azərbaycan-İtaliya Biznes Forumunun nəticələri də müsbət qiymətləndirilib.
 

Nazirlər Azərbaycanın İtaliya üçün etibarlı enerji təchizatçısı rolunu, Cənub Qaz Dəhlizi və Trans-Adriatik Boru Kəmərinin (TAP) strateji əhəmiyyətini, eləcə də SOCAR-ın İtaliyanın enerji bazarında genişlənən fəaliyyətini vurğulayıblar.


Ceyhun Bayramov İtaliya şirkətləri üçün Orta Dəhlizin, nəqliyyat və logistika infrastrukturunun inkişafı, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq layihələrinin yaratdığı imkanlardan danışıb. Kritik xammal sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyi də qeyd olunub.

Görüşdə regional proseslər, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və Cənubi Qafqazda sülh gündəliyinin irəlilədilməsi istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov qarşı tərəfi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin geri qayıdışı, eləcə də mina təhlükəsinin yaratdığı davamlı çətinliklər barədə məlumatlandırıb.

Nazirlər təhsil, mədəniyyət, elm və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini də vurğulayıblar.

Azərbaycan-İtaliya Universitetinin xalqlar arasında əlaqələrin möhkəmləndirilməsindəki rolu xüsusi qeyd olunub.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.
 

Azərbaycan və İtaliya XİN rəhbərləri görüşdü – Nələr müzakirə edildi? – Foto - foto 1
Azərbaycan və İtaliya XİN rəhbərləri görüşdü – Nələr müzakirə edildi? – Foto - foto 2
Azərbaycan və İtaliya XİN rəhbərləri görüşdü – Nələr müzakirə edildi? – Foto - foto 3
Azərbaycan və İtaliya XİN rəhbərləri görüşdü – Nələr müzakirə edildi? – Foto - foto 4
Azərbaycan və İtaliya XİN rəhbərləri görüşdü – Nələr müzakirə edildi? – Foto - foto 5
Azərbaycan və İtaliya XİN rəhbərləri görüşdü – Nələr müzakirə edildi? – Foto - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO