Azərbaycan və İtaliya yaxın zamanlarda yeni saziş imzalayacaq

Azərbaycan və İtaliya yaxın zamanlarda yeni saziş imzalayacaq

Hazırda oxunan: Azərbaycan və İtaliya yaxın zamanlarda yeni saziş imzalayacaq
649199
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan və İtaliya arasında müqavilə-hüquq bazasının möhkəmləndirilməsi məqsədilə yaxın vaxtlarda "Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" yeni ikitərəfli sazişin imzalanması hədəflənir.

Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.

O bildirib ki, iki ölkə birlikdə bu işi həyata keçirməyi ümid edir:
 

"Azərbaycan İtaliyanın enerji bazarında həm təchizatçı, həm də uzunmüddətli investor kimi iştirak edir. Enerji əməkdaşlığı ikitərəfli işbirliyində əsas istiqamət olaraq qalır. Cənub Qaz Dəhlizi ölkələrimizin uzunmüddətli əməkdaşlığının mühüm göstəricisidir. Dəhlizin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəməri ilə nəql edilən Azərbaycan qazı İtaliya və bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir".


Nazir qeyd edib ki, eyni zamanda Mərkəzi Asiyanın enerji resurslarının Xəzər dənizi üzərindən Avropaya çatdırılması, o cümlədən Xəzər regionunda bərpaolunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin Avropaya ixracı istiqamətində tərəfdaşlarımızla işləyirik".
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO