
- A-
- A
- A+
Debütdə 100 illik antirekord təkrarlandı
“Mançester Yunayted”in yeni baş məşqçisi Maurisio Poçettino komandanın sükanı arxasında uğursuz debüt edib.
Bizim.Media xəbər verir ki, argentinalı mütəxəssisin rəhbərliyi altında ilk oyununa çıxan Mançester təmsilçisi İngiltərə Premyer Liqasının 11-ci turunda səfərdə “Liverpul”a 0:4 hesabı ilə uduzub.
“Opta Analyst”in məlumatına görə, Poçettino bununla da “Mançester Yunayted” tarixində debüt matçında ən böyük hesablı məğlubiyyətə uğrayan baş məşqçilərin antirekordunu təkrarlayıb.
Daha əvvəl belə nəticə 1926-cı ilin oktyabrında qeydə alınmışdı. Həmin vaxt Lal Hildiçin rəhbərliyi altında ilk oyununu keçirən “Mançester Yunayted” İngiltərə çempionatında “Bolton”a 0:4 hesabı ilə məğlub olmuşdu.
Qeyd edək ki, 11 turdan sonra “Mançester Yunayted” 8 xalla turnir cədvəlində 19-cu, “Liverpul” isə 21 xalla 4-cü yerdə qərarlaşıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































