Meteohəssas insanların nəzərinə - Noyabrın 29-dək...

Meteohəssas insanların nəzərinə - Noyabrın 29-dək...

Hazırda oxunan: Meteohəssas insanların nəzərinə - Noyabrın 29-dək...
649201
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 23-29-da Günəşdə baş verən proseslərin Yerə təsiri və geomaqnit sahəsində aktivliyin artması gözlənilir.

Bizim.Media xəbər verir ki, ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) bu gün açıqladığı proqnoza görə, bu müddətdə geomaqnit sahəsində sakitlikdən G1 səviyyəli zəif maqnit qasırğasınadək aktivlik müşahidə oluna bilər.

Proqnozda noyabrın 27-də geomaqnit qasırğasının baş verməsi ehtimalı göstərilir. Noyabrın 23, 26 və 28-də isə geomaqnit aktivliyin artacağı gözlənilir.

ABŞ-ın SpaceWeather.com saytı da noyabrın 23-də Günəşdə noyabrın 19-da baş vermiş partlayış nəticəsində yaranan tac kütləsinin Yerə çata biləcəyi barədə xəbərdarlıq yayıb. Bu hadisənin zəif geomaqnit qasırğasına səbəb ola biləcəyi və yüksək enliklərdə qütb parıltılarının müşahidə edilə biləcəyi bildirilir.
 

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının bugünkü proqnozuna görə isə, Azərbaycanda noyabrın 23-29-da Günəşdə zəif alışmaların ehtimalı 35 faiz, güclü alışmaların ehtimalı 10 faiz, çox güclü alışmaların ehtimalı isə 1 faizdir.


Yerli proqnozda noyabrın 23-də noyabrın 19-da baş vermiş tac kütləsinin atılmasının, noyabrın 27-də isə ekvatorial tac dəliyinin geomaqnit sahəsinə təsir göstərəcəyi qeyd olunub. Bununla belə, hər iki halda geomaqnit qasırğasının baş vermə ehtimalı aşağı qiymətləndirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO