
- A-
- A
- A+
Bağça müəllimlərinin nəzərinə - Sertifikasiyaya hazırlıq üçün sınaq imtahanı keçiriləcək
Məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırması prosesinə hazırlıq məqsədilə sınaq imtahanları keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Məlumata görə, sabah dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırması prosesinə hazırlıq məqsədilə sınaq imtahanları keçiriləcək.
Proses “Microsoft Teams” platforması üzərindən onlayn formada, saat 15:00-dan etibarən başlayacaq və iştirak növbəti 24 saat ərzində aktiv olacaq.
120 dəqiqə davam edəcək sınaq imtahanında ümumilikdə 60 sual təqdim olunacaq. Suallar məktəbəqədər təhsilin məzmunu və metodikası, uşaq və yaş psixologiyası istiqamətlərini əhatə edəcək. İmtahan zamanı səhv cavablar yekun nəticəyə təsir göstərməyəcək və hər bir namizədə sınaqda yalnız bir dəfə iştirak etmək imkanı veriləcək.
Sualların əhatə etdiyi sahələr və mövzularla bağlı ətraflı məlumat “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılmasının qiymətləndirilmə çərçivəsi” sənədində öz əksini tapıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































